Azərbaycan Premyer Liqasının 2019/2020 mövsümünün gümüş və bürünc medalları Peşəkar Futbol Liqası tərəfindən müvafiq olaraq “Neftçi” və “Keşlə” klublarına təqdim olunub.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, Covid-19 pandemiyası səbəbindən kütləvi keçirilməyən tədbirlərdə medallar klubların bazalarında təqdim edilib.
Bundan əlavə, “Neftçi”nin heyətində mövsümün bombardirlərindən olmuş Baqali Dabo və Stiven Monrozun mükafatı “Neftçi” klubuna, “Sumqayıt”ın heyətində bombardir olmuş Peyman Babayinin mükafatı “Sumqayıt” klubuna verilib. Xüsusi mükafatlar və medallar klublar tərəfindən futbolçulara təqdim olunacaq.
Qeyd edək ki, bir neçə gün öncə “Azersun Arena”da Premyer Liqanın sonuncu qalibi “Qarabağ”ın mükafatlandırma mərasimi reallaşmışdı.
"Liverpul"da ciddi itki
Mourinyo əsəbiləşdi
Aydın finala çıxdı
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu
"Uduzuruqsa, bunun tək günahkarı biz futbolçularıq" - “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi
Modriç gələcəyi ilə bağlı qərar verdi
Fabio Kannavaro A seriyası klubunda
7 oyunun vaxtı məlum oldu
Con Terri və Endi Koul Premyer Liqanın Şöhrət Zalında
"Bakı Sportinq" "Cəbrayıl"a belə qalib gəldi - Video