5 əvəzetmə qaydasının müddəti artırılır

5 əvəzetmə qaydasının müddəti artırılır
DÜNYA FUTBOLU 8 İyul 2020 / 14:14 2190
-  A +

Futbolda tətbiqinə icazə verilən 5-ci əvəzetmə qaydası növbəti mövsümdə də davam etdiriləcək.

Qol.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb. Bununla bağlı rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi bildirilib.

Oyun ərzində əvəzetmələr 3 dəfəyə gerçəkləşdirilir. Bunu fasilədə də etməyə icazə verilir. Əlavə vaxtda isə 6-cı əvəzetmə də mümkündür.

Qeyd edək ki, UEFA koronavirus pandemiyasına görə bir müddət əvvəl oyun zamanı 5 əvəzetməyə icazə verib. Avropa futbol qurumu bundan əvvəl 2020/2021 mövsümündə öz bayrağı altında keçiriləcək yarışlarda əvəzetmə sayının 3 olacağını açıqlayıb.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki