Rusiya Premyer Liqasında çempion bəlli oldu

Rusiya Premyer Liqasında çempion bəlli oldu
DÜNYA FUTBOLU 6 İyul 2020 / 01:20 3960
-  A +

Rusiya Premyer Liqasında 2019/2020 mövsümünün qalibi müəyyənləşib.

Qol.az xəbər verir ki, bu, ötən mövsümün də qalibi olan "Zenit"dir. Sankt-Peterburq təmsilçisi 26-cı turda "Krasnodar"a 4:2 hesabı ilə qalib gələrək xalını 62-yə çatdırıb və ən yaxın izləyicisi "Lokomotiv"lə xal fərqini 13-ə yüksəldib. Bununla da komanda turnirin bitməsinə 4 tur qalmış çempionluğu rəsmiləşdirib.

Bu, "Zenit"in ardıcıl 2-ci, ümumilikdə isə 6-cı çempionluğu olub.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın