"Sabah"da gözlənilməz istefa - Sopiç göndərildi

"Sabah"da gözlənilməz istefa - Sopiç göndərildi
ÖLKƏ FUTBOLU 3 İyul 2020 / 11:14 2856
-  A +

“Sabah” baş məşqçisi Jelko Sopiçlə yollarını ayırıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Jelko Sopiçə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Sopiçlə yanaşı, köməkçisi Marko Lozo və fiziki hazırlıq üzrə mütəxəssis İvan Çukoviçlə də yollar ayrılıb.

Qeyd edək ki, Sopiç ötən ilin dekabrında Bakı təmsilçisinin baş məşqçisi təyin olunmuşdu. Onunla klubla 2021-ci ilin yayına kimi müqaviləsi var idi.

Xatırladaq ki, "Sabah" koronavirus səbəbindən vaxtından əvvəl başa çatdırılan Azərbaycan Premyer Liqasını 6-cı pillədə tamamlayıb.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı