Çempion darmadağın oldu

Çempion darmadağın oldu
DÜNYA FUTBOLU 3 İyul 2020 / 01:30 5037
-  A +

İngiltərə Premyer Liqasında 32-ci tura yekun vurulub.

Qol.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib. "Şeffild Yunayted"in qonağı olan "Tottenhem" 1:3 hesabı ilə uduzub.

Ötən tur çempionluğunu rəsmiləşdirən "Liverpul" isə 2-ci pillədə qərarlaşan "Mançester Siti"nin qonağı olub. Oyun meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb - 4:0.


"Şeffild Yunayted" - "Tottenhem" - 3:1
Qollar
: Berge, 31 (1:0), Mouset, 69 (2:0), McBurnie, 84 (3:0), Keyn, 90 (3:1)


"Mançester Siti" – "Liverpul" - 4:0
Qollar:
De Breyne, 25-pen. Sterlinq, 35. Foden, 45. Oksleyd-Çemberleyn, 66-avtoqol.

Bu nəticələrdən sonra "Şeffild Yunayted" xalını 47-ə çatdıraraq 7-ci pilləyə yüksəlib. "Tottenhem" 44 xalla 9-cudur. "Mançester Siti" 66 xalla 2-cidir. "Şəhərlilər" "Liverpul"dan 20 xal geri qalır.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord