"Mançester Yunayted"də ayrılıq

"Mançester Yunayted"də ayrılıq
DÜNYA FUTBOLU 2 İyul 2020 / 12:35 3231
-  A +

"Mançester Yunayted" futbolçusu Anxel Qomeslə yolları ayırıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.

Britaniya mətbuatı ingilis oyunçunun klubun yeni müqavilə təklifini qəbul etmədiyini yazıb.

Qeyd edək ki, A.Qomes bu mövsüm 13 matçda 4 qol vurub, 2 qolun ötürməsini verib.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı