"Boş vaxtlarımda kitab oxuyuram" - "Zirə"nin legioneri

"Boş vaxtlarımda kitab oxuyuram" - "Zirə"nin legioneri
XƏBƏR 2 İyul 2020 / 10:13 1362
-  A +

"Zirə"nin moldovalı futbolçusu George Anton ölkəsinin mətbuatına açıqlama verib.

Qol.az xəbər verir ki, o, Bakıda karantin günlərini necə keçirdiyi barədə danışıb: "Daha aktiv həyat tərzinə alışmışdıq, bütün günü məşq edirdik, fərqli fəaliyyətlərimiz var idi. İndi isə bütün günü evdə qalmağa məcbur oluruq, bu, çox çətindir. Bu, eyni zamanda qızım və həyat yoldaşım ilə birlikdə vaxt keçirməyin yaxşı fürsətdir. Boş vaxtlarımda kitab oxuyuram".

27 yaşlı yarımmüdafiəçi gün ərzində iki saat çölə çıxmaq hüquqlarının olduğunu söyləyib: "Bu iki saat ərzində dostlarla birlikdə fərqli oyunlar - tennis, futbol tennisi oynayırıq. Hər zaman hərəkətdəyik".

G.Anton "Zirə"nin yaxşı komanda olduğunu söyləyib: "Avropa Liqasına vəsiqə qazanan komanda ilə eyni xal topladıq, lakin qol fərqinə görə avrokubokdan kənarda qaldıq".


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın