Sane "Bavariya"da tibbi müayinədən keçdi

Sane "Bavariya"da tibbi müayinədən keçdi
DÜNYA FUTBOLU 2 İyul 2020 / 09:45 1749
-  A +

"Mançester Siti"nin futbolçusu Leroy Sane "Bavariya"ya keçməyə yaxındır.

Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Münhenə gedib.  O, "Bavariya"da artıq tibbi müayinənin ilk hissəsindən uğurla keçib. Sane bu gün tibbi müayinənin ikinci hissəsindən keçəcək.

Alman oyunçunun Bundesliqa təmsilçisi ilə 5 illik müqavilə imzalayacağı gözlənilir. "Bavariya"nın onun üçün "Mançester Siti"yə bonuslar da daxil olmaqla  60 milyon avro ödəyəcəyi bildirilir.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı