"Real"ın təklifini rədd etdiyi üçün peşman deyiləm" - Levandovski

"Real"ın təklifini rədd etdiyi üçün peşman deyiləm" - Levandovski
DÜNYA FUTBOLU 1 İyul 2020 / 19:05 2521
-  A +

"Bavariya"nın futbolçusu Robert Levandovski 2018-ci ildə "Real"a transfer olunmaqdan imtina etdiyini açıqlayıb.

Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, o, bu qərarı verdiyi üçün peşman olmadığını deyib: "Mənim haqqımda çoxlu xəbər yazıldı. "Real" əla klubdur, amma "Bavariya"da qalmağı seçdim. Bundan da peşman deyiləm. Burada ailə kimiyik. Klubumda xoşbəxtəm. Özümü "Bavariya"ya aid hiss edirəm. Bütün klubun mənə dəstək olduğunu bilirəm".

Qeyd edək ki, Levandovski Bundesliqada 2019/2020 mövsümünü 34 qolla tamamlayıb və ən yaxşı bombardir olub.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord