Bu gün Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünün çempionu olan “Qarabağ” klubu mükafatlandırılıb.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki,“Azersun Arena”da keçirilən, amma pandemiya ilə əlaqədar olaraq kütləvi keçirilməyən tədbirdə “Qarabağ” klubunu vitse-prezident Tahir Gözel, direktor Emrah Çelikel, baş menecer Asif Əsgərov, baş məşqçi Qurban Qurbanov, kapitan Rəşad Sadıqov və mövsümün bombardirlərindən olan Mahir Emreli təmsil ediblər. Təqdimetmə zamanı əvvəlcə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev çıxış edərək “Qarabağ”ı növbəti çempionluq münasibəti ilə təbrik edib, Çempionlar Liqasında uğurlar arzulayıb. Çıxışın ardından Mahir Emreli mövsümün bombardiri üçün hazırlanmış xüsusi mükafata sahib çıxıb. I Divizionun bombardiri olan Musa Qurbanlı isə tədbirdə iştirak etmədiyi üçün onun mükafatı məşqçisi olmuş Rəşad Sadıqova verilib. Qeyd olunan şəxslər medallarını əldə etdikdən sonra sonda PFL prezidenti çempionluq kubokunu kapitan Rəşad Sadıqova təqdim edib. Sadıqov və Emrelinin kuboku götürdükdən sonra boş tribunalar önünə gedib, bir növ onları azarkeşlərlə bölüşürmüşlər kimi davranması kubokun qazanılmasında azarkeşlərin rolunu əks etdirən simvolik mesaj idi.
Qeyd edək ki, komandanın digər üzvlərinin medalları Ağdam klubunun rəhbərliyinə təqdim olunub.
"Sabah"ın U-13 komandası İtaliyaya yollanır
Saatlıda 4 qol vuruldu - Video
"Qarabağ"a qarşı bu dəfə fərqli çıxış etmək istəyirik"
Tonali mərc oyunlarında 50 qayda pozuntusunda ittiham olunur
Liderdən "İrəvan"a 3 cavabsız qol - Video
"Karvan" xal itirdi, "Araz Saatlı"dan darmadağın
Misli Premyer Liqasında 4 oyunun hakimləri bilindi
Dani Alveş ziyafət təşkil etdi
"Bavariya"ya rədd cavabı verdi
"Napoli" Xviça ilə yeni müqavilə imzalayır
"Neftçi"nin sabiq futbolçusu "Molde"də
"Bayer" hazırda dünyanın ən güclü komandasıdır”
"Neftçi" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq
"Borussiya" Terziçin qarşısına şərtlər qoydu
26 oyunda 31 qol - Video
"Qarabağ" sabah 11-ci çempionluğu rəsmiləşdirə bilər
"Neftçi"nin legionerinin zədəsi sağaldı
Gürcülər çox döşünə döyməsin, biz də monqollara qalib gəldik
Benzia “Puşkaş” mükafatına layiq görülə bilər - Video
Qrizmann qayıtdı
"Real" üç futbolçusu ilə razılaşdı
Xavi jurnalisti məhkəməyə verdi
PSJ-nin iki futbolçusu zədəsini sağaltdı
Ronaldo hakimə etiraz etdi - Şəkil
İngiltərə millisinin üzvü Avro-2024-ü buraxacaq
"Zirə"nin hücumçusu Niger millisində oyuna çıxdı
Virtzin 21 qolu və 31 qol ötürməsi - Video
"Tottenhem" "Bavariya" ilə qarşılaşacaq