Vadim Borets «Neftçi»nin uğursuzluğundan danışdı

XƏBƏR 20 Noyabr 2008 / 19:35 4451
-  A +

«Bakı» klubunun yarımmüdafiəçisi Vadim Borets Qol.Az saytına açıqlamasında keçmiş komandası «Neftçi»nin uğursuzluğunu məşqçilərin tez-tez dəyişməsi ilə izah edib: «Məşqçilərin tez-tez dəyişməsi sonda komandanı bu vəziyyətə saldı. Mən «Neftçi»dən ayrılmaq istəmirdim. Amma sonradan iş elə gətirdi ki, «Bakı»ya keçəsi oldum. İndi buna görə qəti peşman deyiləm. Keçmiş komandama isə yalnız uğur arzulayıram». «Bakı» ilə 2 illik müqaviləsi olan moldovalı futbolçu hələ ki, gələcək karyerası ilə bağlı yekun qərara gəlməyib: «Əslində komanda ilə müqaviləm var. Bununla belə, hər şey baş verə bilər. Komandamı dəyişəcəyim də istisna olunmur».


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı