Tomas Müller Bundesliqanın rekordçusu oldu

Tomas Müller Bundesliqanın rekordçusu oldu
XƏBƏR 7 İyun 2020 / 12:49 2005
-  A +

“Bavariya”nın hücumçusu Tomas Müller Bundesliqada yeni rekord müyyənləşirib.

Qol.az-ın Almaniya mətbuatına istinadən verdiyi xəbərə görə, o, bir mövsümdə ən çox qol ötürməsi edən futbolçu olub. Bu statistika 1992/93 mövsümündən aparılır.

Dünən “Bavariya” “Bayer”ə 4:2 hesabı ilə qalib gəlib. Müller oyunda 2 qol ötürməsi edib. Beləliklə, onun hazırkı mövsümdə verdiyi qol ötürmələrinin sayı 20-yə çatıb.

Daha əvvəl Bundesliqada bu göstəricidə rekord  “Leyptisq”li Emil Forsberq və “Volfsburq”un sabiq futbolçusu Kevid de Brüyneyə (hərəsi 19 qol ötürməsi) məxsus idi.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı