“Barselona”nın illik 6,3 milyon avroluq təklifini qəbul etmədi

“Barselona”nın illik 6,3 milyon avroluq təklifini qəbul etmədi
XƏBƏR 31 May 2020 / 13:44 2392
-  A +

“Barselona” rəhbərliyi Mark-Andre ter Ştegenlə müqavilənin müddətini uzatmaqla bağlı danışıqları davam etdirir.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 2022-ci ildə klubu ilə müqaviləsi başa çatacaq alman qolkiper Kataloniyada qalmağın əleyhinə deyil. Amma tərəflər maddi məsələdə razılığa gələ bilmirlər.

Mənbə iddia edir ki, “Barselona” Ter-Ştegenə illik 6,3 milyon avro (üstəgəl bonuslar) təklif edir. Amma bununla razılaşmayan qapıçı 10 milyon avro tələb edir. Yaxın günlərdə tərəflər arasında yeni danışıqların keçiriləcəyi gözlənilir.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi