Hər gün oyun olacaq – A seriyası

Hər gün oyun olacaq – A seriyası
XƏBƏR 31 May 2020 / 12:14 2712
-  A +

İtaliya A seriyası bərpa olunduqdan sonra oyunlar hər gün keçiriləcək.

Qol.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, təqvimin belə seçilməsi yarışı avqustun 2-dək yekunlaşdırmaqla əlaqədardır. Azarkeşlərin və TV-lərin marağı nəzərə alınaraq, oyunlar fərqli saatlarda başlanacaq.
 
Bazar ertəsi matçların saat 21:00-da (Bakı vaxtı ilə), ikinci, üçüncü və dördüncü günlər 19:00 və 21:00, beşinci günü 21:00, şənbə və bazar günləri isə 17:15, 19:30 və 21:45-də başlaması nəzərdə tutulub.

Qeyd edək ki, A seriyasının iyunun 20-də bərpa ediləcəyi gözlənilir.
 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı