Məşhur oyunçunun evindən – 555 minlik oğurluq

Məşhur oyunçunun evindən – 555 minlik oğurluq
XƏBƏR 31 May 2020 / 11:17 2047
-  A +

“Mançester Siti”nin hücumçusu Riyad Mahrezin evi qarət olunub.

Qol.az xəbər verir ki, bu haqda “The Sun” nəşri məlumat yayıb. Futbolçunun evindən ümumən 555 min avroluq əşya aparıldığı bildirilib. Xüsusən evdən bahalı saatlar oğurlanıb. Onların arasında dəyəri 255 min avrodan çox olan “Richard Mille”,  44 min avroluq “Rolex Daytona” və 39 min avroluq “Rolex Day Date” var.

Bundan başqa, onun 61 min avro nəğd pulu, 166 min avrodan artıq qiyməti olan “Cartier” bilərzikləri və futbol köynəkləri aparılıb. Məlumata görə, oğurluq zamanı futbolçu Mançesterin mərkəzindəki evində olmayıb.

Qeyd edək ki, daha əvvəl “Tottenhem”in oyunçusu Dele Allinin də evi qarət edilib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı