Premyer Liqa klublarında koronavirus qalmadı

Premyer Liqa klublarında koronavirus qalmadı
XƏBƏR 31 May 2020 / 01:30 1964
-  A +

İngiltərə Premyer Liqasında mübarizə aparan klublar növbəti dəfə koronavirus testindən keçiblər.
 
Qol.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, 20 klubun futbolçu və məşqçi heyətindən, eləcə də digər işçilərindən mayın 28-29-da götürülən 1130 testin hamısı mənfi çıxıb.
 
May ayında klublardan daha 3 dəfə test götürülüb. Birinci mərhəldə üç klubda altı, ikinci mərhələdə iki klubda iki, üçüncü mərhələ isə iki klubda dörd müsbət nəticə qeydə alınmışdı.
 
Qeyd edək ki, mart ayından koronavirus pandemiyasına görə dayandırılan İngiltərə Premyer Liqasının iyunun 17-dən bərpa ediləcəyi açıqlanıb.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı