Çempionlar Liqasında göz oxşayan avtoqol (VİDEO)

VİDEO 19 Avqust 2010 / 16:23 3761
-  A +

UEFA Çempionlar Liqasının dördüncü təsnifat mərhələsinin dünən keçirilən oyunlarından birində gözəl avtoqol qeydə alınıb. Qol.Az-ın məlumatına görə, Serbiyanın paytaxtı Belqradda baş tutan “Partizan” - “Anderlext” oyununda hesab 1-1 olarkən Belçika təmsilçisinin çexiyalı müdafiəçisi Yan Lejaks heç kim gözləmədiyi halda avtoqola imza ataraq komandasını hesabda geri salıb. Düzdü, komandası sonradan hesabı yenidən bərabərləşdirsə də, bu avtoqola dəfələrlə baxmağa dəyər...

Son xəbərlər