Çempionatı vaxtından əvvəl tamamlayan ölkədə kubokun finalı keçiriləcək

Çempionatı vaxtından əvvəl tamamlayan ölkədə kubokun finalı keçiriləcək
DÜNYA FUTBOLU 28 May 2020 / 15:35 1521
-  A +

Ölkə çempionatında bu mövsümü vaxtından əvvəl başa çatdıran Belçikada kubokun finalının keçirilməsinə qərar verilib.

Qol.az Belçika Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, çempion elan edilən "Brügge" ilə "Antverp" arasında olacaq həlledici görüş avqustun 1-i Brüsseldəki "Kral Baudouin" stadionunda keçiriləcək. Görüş azarkeşsiz oynanılacaq.

Qeyd edək ki, Belçika Liqası koronavirus səbəbindən vaxtından əvvəl başa çatdırılıb və "Brügge" çempion elan edilib. Ölkə çempionatında yeni mövsümün avqustda başlanılması planlaşdırılır.


Son xəbərlər