Balotelli klubundan göndərilir

Balotelli klubundan göndərilir
DÜNYA FUTBOLU 28 May 2020 / 10:51 1746
-  A +

"Breşiya"nın prezidenti Massimo Çellino komandanın futbolçusu Mario Balotelli ilə yolları ayıracaqlarını deyib.

Qol.az xəbər verir ki, o, "TeleLombardia"ya açıqlamasında italiyalı hücumçunun qəribə insan olduğunu bildirib: "Hər hansı bir davanın qarşısını almağa çalışıram. Amma Balotelli davası o dərəcədə şişirdildi ki, futbol haqda söyləniləcək bir şey qalmadı.

Mario qəribə bir oğlandır. O, komandanı düşünmür. Mən onun gedişini məqbul sayıram. Bu, bütün karyerasında artıq etdiyi hərəkətlərdən xüsusilə fərqlənmir. Bir az nəzarətsizdir".

Klub prezidentini sözlərinə görə, Serie B-yə göndəriləcəkləri təqdirdə, onun müqaviləsi avtomatik olaraq ləğv ediləcək və futbolçu pulsuz agent olacaq: "Balotelli ilə yalnız medianın diqqətini çəkmək üçün imza atmadıq. Həqiqətən də komandaya əhəmiyyətli bir töhfə verə biləcəyinə inanırdıq. Düşündüm ki, "Breşiya"da özü üçün yenilik yarada biləcək, çünki mən onu bəyənirəm. Biz Balotelliyə görə məyusuq".


Son xəbərlər