İbrahimoviç İsveçə qayıtdı

İbrahimoviç İsveçə qayıtdı
DÜNYA FUTBOLU 27 May 2020 / 20:59 2280
-  A +

"Milan"ın futbolçusu Zlatan İbrahimoviç İsveçə qayıdıb.

Qol.az "Sky Sport İtalia"ya istinadən xəbər verir ki, 38 yaşlı hücumçu məşq zamanı zədələndiyi üçün klub rəhbərliyi ona ölkəsinə getməyə icazə verib. İbrahimoviç növbəti müayinəyə kimi İsveçdə olacağı vurğulanıb.

Onun iyunun 3-dən 14 gün müddətində karantinə riayət etmədən İtaliyaya qayıda biləcəyi vurğulanıb.

Qeyd edək ki, İbrahimoviç bu qış "Milan"a qayıdıb. O, bu mövsüm 8 matçda 3 qol vurub, 1 qolun ötürməsini verib.


Son xəbərlər