Mourinyo məşqə velosipedlə getdi

Mourinyo məşqə velosipedlə getdi
XƏBƏR 27 May 2020 / 19:07 1200
-  A +

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo koronavirusla əlaqədar tətbiq edilmiş məhdudiyyətlər şəraitində məşq prosesinin çətinliklərindən danışıb.

Qol.az xəbər verir ki, "Sky Sports"a danışan mütəxəssis bununla bağlı deyib: "Vaxt var idi, səhər saat 9:00-dan 17:00-dək məşq edirdik.  Futbolçulara  fərdi məşqlərə icazə verildiyi üçün bir neçə fərqli müddət ayırmaq lazım olur. Kimisi saat 10:00-da, kimiləri isə 11:00, 12:00, 13:00, 14:00, 15:00, 16:00, 17:00-da. Açığı, məşqçi heyəti hansısa anda çox yorğun idilər".

57 yaşlı çalışdırıcı məşqə velosipedlə getdiyini də söyləyib: "Siz mənim velosipedlə məşq getdiyim anın fotosunu görmüsünüz. Meydan uzaq məsafədədir və velosipedsiz bütün məşqləri izləyə bilməzdim".

Daha çox


Son xəbərlər