David Luis karyerasını bu klubda bitirəcək

David Luis karyerasını bu klubda bitirəcək
DÜNYA FUTBOLU 25 May 2020 / 18:15 2940
-  A +

"Arsenal"ın müdafiəçisi David Luis karyerasını bitirmək istədiyi klubun adını açıqlayıb.

Qol.az xəbər verir ki, braziliyalı futbolçu Britaniya mətbuatına açıqlamasında karyerasına "Benfika"da son qoymaq fikrində olduğunu bildirib: 

"Futbolda hər şey tez dəyişir. Bu gün gerçək olan, sabah yalan olur. Ancaq mənim hisslərim dəyişmir. "Benfika"nı sevirəm. Bu klubun nə demək olduğunu hiss edirəm. Xəyalım "Estadio da Luş"a qayıtmaqdır".

Qeyd edək ki, 33 yaşlı futbolçu 2007-2011-ci illərdə Lissabon klubunda çıxış edib. O, "Benfika"da 130 oyunda 6 qol vurub, qol ötürməsi edib. Luisin "Arsenal"la müqaviləsi 2021-ci ilin yayına qədərdir.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı