Ermənilərin Şuşada keçirdiyi qondarma “andiçmə” mərasimi mayın 8-də yazdığım bu kiçik yazını yadıma saldı.
***
6 yaşında Ağdamda evdən gizli qaçasan, yay düşərgəsinin uşaqlarına qoşulub bir avtobusa minəsən. Onda hələ adını eşitmədiyin, üzünü görmədiyin kənd və şəhərlərin içindən, dağların qoynundan keçə-keçə dünyanın ən hündür zirvəsinə qalxasan…
Mənə hələ də elə gəlir ki, o zirvədən yuxarıda yalnız Tanrı var, başqa heç kim və heç nə.
Sonra o zirvədə qulağına qaval səsi gələ. Çönüb görəsən ki, qoca bir kişidir. Amma əlindəki qavalda elə şövqlə, həvəslə ifa edir, oxuyur ki, heç deməzsən, yaşı 80-ni çoxdan keçib… Başına adamlar toplaşıb, maraqla dinləyirlər. Sonra sovetin kağız pulundan, qəpiyindən uzadırlar. Alıb sifarişə uyğun nə gəldi oxuyur: muğam, təsnif, hətta Ciminin “Tansor disko”dakı mahnısını…
Sonra o qaval çalan kişiyə yaxın bir yerdə buz kimi su içəsən… O dadda, dişi qamaşdıran o soyuqluqda suyu həmin gündən sonra bir də heç vaxt və heç yerdə içməmişəm. Nə doğulduğum Ağdamda, nə indi yaşadığım Bakıda, nə səfər etdiyim Alp dağlarının ətəyindəki Zalsburqda, nə Londonda, nə Romada, nə Madriddə, nə də olduğum heç bir ölkə və heç bir şəhərdə.
O sudan bir də içəcəmmi bilmirəm, ora gedə biləcəmmi, onu da bilmirəm. Bildiyim bir şey var – Şuşa tək coğrafi olaraq deyil, elə mənəvi olaraq da bizim üçün həmişə zirvədə olacaq.
Yenidən o zirvəyə getmək isə artıq bizim namus borcumuzdur.
Hələlik isə səndən ucada olan tək varlığa əmanət ol, gözəl və bədbəxt şəhərim…
Aydın BAĞIROV
[email protected]
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol
"Azərreyl" Azərbaycan çempionu oldu
Mourinyo əsəbiləşdi
"İnter"in yeni mövsüm üçün 2 transferi hazırdır
UEFA Avro-2024 üçün iştirak ərizəsi ilə bağlı qərar verdi
"Komandaya kömək üçün əlimdən gələni edəcəyəm" - Kadi
"Bavariya" Ranqniklə danışıqları bərpa etdi
Unai Emeri ilə yeni müqavilə imzalandı
Xavi "Barselona"da qalmağa yaxındır
Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək
Avro-2024-ün oyunlarını onlar idarə edəcəklər - Siyahı