Pyaniç "Barselona" ilə razılığa gəldi

Pyaniç "Barselona" ilə razılığa gəldi
DÜNYA FUTBOLU 21 May 2020 / 12:22 2691
-  A +

"Yuventus"un futbolçusu Miralem Pyaniç "Barselona"ya keçməyə yaxındır.

Qol.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, bosniyalı yarımmüdafiəçi Kataloniya klubu ilə müqavilənin şərtlərində razılığa gəlib. Bildirilib ki, 30 yaşlı futbolçu Lionel Messinin yanında oynamaq və yeni klubu ilə uğur qazanmaq istəyir. Pyaniçin "Barselona"nın oyun üslubunun ona yaxın olduğunu hesab etdiyi vurğulanıb

Bildirilib ki, PSJ-nin idman direktoru Leonardo futbolçunu Fransa klubuna gətirməyə çalışıb. Ancaq o, yüksək məbləğə baxmayaraq,  göndərilən digər təkliflərin hamısını rədd edib.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı