Koronavirusa yoluxan futbolçu bəlli oldu

Koronavirusa yoluxan futbolçu bəlli oldu
XƏBƏR 21 May 2020 / 01:40 1975
-  A +

Xəbər verdiyimiz kimi, İngiltərənin “Uotford” klubunda biri futbolçu olmaqla üç nəfərdə koronavirus aşkarlanıb.

Qol.az xəbər verir ki, pandemiyaya yoluxan futbolçunun kimliyi bəlli olub. Bu, Adrian Mariappadır. O, “The Telegraph” nəşrinə açıqlamasında bunu özü bildirib.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının rəsmi saytı ötən gün bütün elita təmsilçilərində sadəcə, 6 nəfərdə koronavirus aşkarlandığını açıqlamışdı. Onlardan biri də “Bernli”nin köməkçi məşqçisi Yan Voandır.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı