Ronaldo 8 milyona torpaq aldı

Ronaldo 8 milyona torpaq aldı
XƏBƏR 20 May 2020 / 14:38 3052
-  A +

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo Vətəni Portuqaliyada yeni torpaq sahəsi alıb.

Qol.az "Vidas.pt"a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu Lissabon şəhərinin Riveyra bölgəsindəki əraziyə 8 milyon avro ödəyib.

Təxminən 10 min kvadratmetr sahədə malikanənin inşası üçün işlərə başlanılıb. Ancaq Ronaldonun hələlik orada yaşamaq fikrində olmadığı bildirilib.

Qeyd edək ki, Riveyra Portuqaliyada varlıların yaşadığı ərazidir.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord