"Beşiktaş"da koronavirus testinin nəticələri açıqlandı

"Beşiktaş"da koronavirus testinin nəticələri açıqlandı
XƏBƏR 20 May 2020 / 00:17 1077
-  A +

"Beşiktaş"da futbolçular, məşqçilər və işçilər növbəti dəfə koronavirus testindən keçiblər.

Qol.az klubun saytına istinadən xəbər verir ki, bütün testlərin nəticəsini neqativ çıxıb.Daha öncə koronavirusa yoluxanlarda da bu dəfə pandemiya aşkarlanmayıb.

Klubun bu gündən məşqləri bərpa edəcəyi vurğulanıb.

Qeyd edək ki, koronavirusa yoluxan klubun prezidenti Ahmet Nur Çebinin isə testinin cavabı hələ açıqlanmayıb.
 


Son xəbərlər