Millimizin baş məşqçisinin yeni rekordu

XƏBƏR 20 Noyabr 2008 / 19:05 4187
-  A +

Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts yeni rekorda imza atıb. Albaniya ilə yoldaşlıq oyunu 62 yaşlı mütəxəssisin millinin baş məşqçi postunda 168-ci matçı olub. O, bu göstəricidə Almaniya futbolunun yeni rekordunu müəyyənləşdirib.

İndiyədək yığma komandanın çalışdırıcısı kimi ən çox oyun keçirən alman mütəxəssis Zepp Herberger idi. Alman futbolunun əfsanələrindən sayılan bu şəxs yığmanı 167 dəfə meydana çıxarmışdı. Herberger 1936-1964-cü illərdə fasiləsiz Almaniya (müharibədən sonra AFR) yığmasına başçılıq edib.

Milli komandasını 9 oyuna çıxaran Foqts Almaniyanın (1990-98) 102, Küveytin (2001-02) 10, Şotlandiyanın (2002-04) 32, Nigeriyanın (2007-08) 15 qarşılaşmasında baş məşqçi postunda olub.

Bu göstəriciyə görə dünyada beş həmkarından geri qalan Foqtsu serb Bora Milutinoviç, braziliyalılar Mario Zaqalo ilə Karlos Alberto Parreyra, çex Milan Maçala və kolumbiyalı Françesko Maturana qabaqlayır.

Qeyd edək ki, Foqts Bəhreyn yığmasının baş məşqçisi olan Maçalanı ötən ay Manamada keçirilən yoldaşlıq görüşündə 2:1 hesabı ilə məğlub edib.

Mənbə: APA-Sport

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi