“Futbol məbədimiz”in yaranmasının maraqlı tarixçəsi – Video

“Futbol məbədimiz”in yaranmasının maraqlı tarixçəsi – Video
VİDEO 23 Aprel 2020 / 10:40 2275
-  A +

Aşağıda təqdim etdiyimiz bu sənədli film ilk dəfə 2013-cü ildə İctimai Televiziyada yayımlanıb. Tanınmış jurnalist Müsəllim Həsənovun hazırladığı film Azərbaycan futbolunun məbədi hesab olunan, hazırda böyük hakimimiz Tofiq Bəhramov adını daşıyan Respublika stadionunun yaranma tarixindən bəhs ediir.

Filmdə nadir arxiv materialları, dövlət televiziyasının qızıl fondunun görütülərindən istifadə olunub. Filmdə stadionunun tikintisinə alman əsirlərin, eləcə də yerli gənclərin pulsuz (zorla) cəlb edilməsi, meydançanın ot örtüyünün Lənkərandan gətirilməsi, “Neftyanik”in (indiki “Neftçi”nin) oyunları zamanı Bakıda yaşanan futbol bumu və bilinməyən başqa zəngin sənədli faktlar, o dövrün şahidlərinin fikirləri yer alıb.

Koronavirus pandemiyasına görə “Evdə qal” kampaniyasının davam etdiyi indiki dövrdə belə qiymətli filmləri izləmək həm vaxt baxımından münasibdir, həm də futbol tariximizi öyrənmək mənasında yerinə düşür.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı