Elvin Məmmədov: «İnter»də ehtiyatda qalmağım məni çox narahat edir»

Elvin Məmmədov: «İnter»də ehtiyatda qalmağım məni çox narahat edir»
ÖLKƏ FUTBOLU 20 Noyabr 2008 / 18:40 4393
-  A +

Milli yığma komandamızın «İnter»li futbolçusu Elvin Məmmədovun Qol.Az-a blits-müsahibəsi

- "İnter"də ehtiyatda oturmağın səni komandadan ayrılmağa sövq etmirmi?

- Mənim "İnter"lə müqaviləm hələ bitməyib.

- Amma ehtiyatda oturmağınla oyun praktikanı itirirsən...

- Düzdü, bu hal məni çox narahat edir. Amma çalışacam ki, özümü doğruldum və yenidən əsas heyətin futbolçusu olum.

- Qol.Az-a müsahibəsində baş məşqçiniz Valentin Xodukin bildirib ki, komandada sənin mövqeyində daha yaxşı çıxış edən Andrey Rubin var...

- İnanmıram ki, Xodukin elə söz desin.

- İnamırsansa, müsahibəni oxuya bilərsən.

- Yox, mən demirəm ki, Rubin pis futbolçudu. Yanvara kimi öz üzərimdə işləyəcəm. İnşallah, ikinci dövrədə daha yaxşı formada olacağam.

- Öz oyunun səni qane edirmi?

- Mən heç vaxt oyunumdan razı qalmıram.

- Komandanızda legioner futbolçuların çoxalması səni narahat etmir?

- Bu, əslində yaxşı haldı. Səviyyəli legionerlərin gəlməsinin əleyhinə deyiləm.

Kəmalə İSMAYILOVA

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı