Bundesliqa nə vaxt bərpa olunacaq? - Açıqlama

Bundesliqa nə vaxt bərpa olunacaq? - Açıqlama
DÜNYA FUTBOLU 8 Aprel 2020 / 20:30 2032
-  A +

Almaniya Futbol Liqasının prezidenti Kristian Zayfert Bundesliqa və aşağı liqalarla bağlı önəmli açıqlama verib.

Qol.az xəbər verir ki, "New York Times"a danışan qurum rəhbəri liqaları mayın əvvəli bərpa edib, iyunun sonunda tamamlamağı planlaşdıqlarını söyləyib: "Koronavirus pandemiyası səbəbindən biz də üzərimizə düşəni etməli və höküməti bu mövzuda dəstəkləməliyik. Matçlara nə zaman başlayacağımızla bağlı hökümətlə də məsləhətləşəcəyik".

K.Zayfert görüşlərin azarkeşsiz keçiriləcəyini və il sonuna kimi bu şəkildə davam edəcəyini də təsdiqləyib.

Klubların iqtisadi cəhətdən çətin durumda olduğunu xatırladan prezident daha sonra söyləyib: "Mövsüm ləğv olunsa, xüsusilə, aşağı liqalardakı komandalar müflis olmaq təhlükəsi ilə üz-üzə qala bilər".


Son xəbərlər