Klopp Mane ilə ilk tanışlığından danışdı – “Reperə oxşayırdı”

Klopp Mane ilə ilk tanışlığından danışdı –  “Reperə oxşayırdı”
XƏBƏR 8 Aprel 2020 / 17:12 2216
-  A +

“Liverpul”un baş məşqçisi Yurgen Klopp futbolçusu Sadio Mane ilə ilk görüşündən danışıb.

Qol.az xəbər verir ki, o, “goal.com”a açıqlamasında seneqallı hücumçu haqda əvvəlcə düzgün fikirdə olmadığını deyib:

“İlk görüşümüzü xatırlayıram. Bu, Dortmundda olmuşdu. Mən gənc oğlan görürdüm. Beysbol papağını başına tərsinə qoymuşdu. Təcrübəsiz reperlərə oxşayırdı. Onda düşündüm ki, buna itirəcək vaxtım yoxdur. O vaxt bizim yaxşı komandamız var idi və mənə hazır futbolçu lazımd idi.

Düşünürəm ki, insanları yaxşı tanıyıram, ancaq onda səhv etmişdim. Sonra Manenin karyerasını izlədim. Onun “Zalsburq”dakı uğurlu çıxışlarını gördüm. “Sauthempton”da isə bir nömrə idi. Saionun “Liverpul”la keçməyə razılıq verməsi yaxşı oldu. O, mənimlə işləmək istədi, mən də onunla”.


Qeyd edək ki, Mane 2016-cı ildə 41 milyon avroya“Sauthempton”dan “Liverpul”a keçib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı