Ronaldinyo həbsxanadan çıxdı

Ronaldinyo həbsxanadan çıxdı
XƏBƏR 8 Aprel 2020 / 01:42 3718
-  A +

Braziliya millisinin sabiq üzvü Ronaldinyo Paraqvay həbsxanasından çıxıb.

Qol.az “Football Espana”ya istinadən xəbər verir ki, o, və birlikdə həbs olunduğu qardaşı hazırda Asunsyon mehmanxanasında ev dustaqlığındadırlar. Beləliklə, sabiq futbolçu həbsxanada 1 ay keçirib.

"AS" nəşri isə yazıb ki, Ronaldinyo ev dustaqlığı üçün 1.6 milyon avro ödəyib. Onun otellərin birində video nəzarət altında olacağı vurğulanıb.

Qeyd edək ki, ötən ayın əvvəlləri saxta pasportla tutulduğuna görə Ronaldinyo və qardaşı barəsində Paraqvayda 6 aylıq həbs qərarı verilib.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki