"İnter" Messini almağa çalışır"

"İnter" Messini almağa çalışır"
DÜNYA FUTBOLU 7 Aprel 2020 / 19:50 3708
-  A +

"İnter"in keçmiş prezidenti Massimo Moratti klubun “Barselona”nın kapitanı Lionel Messini almağı planlaşdırdığını bildirib.

Qol.az xəbər verir ki, Milan təmsilçisinin sabiq rəhbəri “Radio Rai”ya açıqlamasında “İnter”in bu transferdə israrlı olduğunu deyib: 

"Bunun qadağan olunan bir xəyal olduğunu düşünmürəm. Messinin "Barselona" ilə müqaviləsi sona yaxınlaşır. "İnter" bu transferi reallaşdırmaq arzusundadır. Bu yöndə çalışdıqlarını bilirəm. Koronavirusun bu məsələyə təsir edib-etməyəcəyini bilmirəm, amma ilin sonunda qəribə şeylər görəcəyik”.

Qeyd edək ki, Messinin "Barselona" ilə müqaviləsi 2021-ci ilin iyununa qədərdir.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı