Keçmiş komanda yoldaşı Zlatan haqda - "Dəli idi"

Keçmiş komanda yoldaşı Zlatan haqda -  "Dəli idi"
DÜNYA FUTBOLU 7 Aprel 2020 / 19:10 3020
-  A +

“Mançester Yunayted”in futbolçusu Lyuk Şou keçmiş komanda yoldaşı Zlatan İbrahimoviçdən danışıb.

Qol.az xəbər verir ki, İngiltərə millisinin üzvü “goal.coma”a açıqlamasında isveçli forvard haqda müsbət fikirlər səsləndirib. O, Zlatanın öz xarakteri ilə komandaya çox faydalı olduğunu bildirib:

“O, dəli idi. Əsl “Mançester Yunayted”in paltardəyişmə otağında ehtiyacı olan bir futbolçu idi. Həqiqətən inanılmaz istedada malikdir. Əksər futboçulardan yaşca böyük olsa da, hələ də yüksək səviyyədə çıxış edirdi. Paltardəyişmə otağında əla atmoser yaratmışdı. Çox zarafatçı idi, amma lazım gələndə də ciddi olurdu.

Zlatan anadangəlmə qalibdir. Bunu məşq zamanı da görmək olurdu. Əgər  onun komandasında olsan və uduzsan səni öldürər. O, digər futbolçuların da arxayınlaşmasına imkan vermədi. Məncə, komandada hamı onu sevirdi”.


Qeyd edək ki, İbrahimoviç 2016-2018-ci illərdə “Mançester Yunayted”də çıxış edib və 33 oyuna 17 qol vurub. 38 yaşlı hücumçu hazırda “Milan”ın üzvüdür.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı