Polis Runi və Uokeri saxladı

Polis Runi və Uokeri saxladı
XƏBƏR 7 Aprel 2020 / 12:39 1717
-  A +

Polis "Derbi Kounti"nin futbolçusu Ueyn Runi və "Mançester Siti"nin müdafiəçisi Kayl Uokeri saxlayıb.

Qol.az "The Sun"a istinadən xəbər verir ki, buna onların karantin qaydalarını pozması səbəb olub. Belə ki, qonşu olan futbolçular ailələri ilə birlikdə axşam gəzintisinə çıxıblar.  Bu zaman qadın polis onları saxlayıb və karantin qaydalarını pozduğu üçün xəbərdarlıq edib. Polis ailələrə evlərinə getməyi əmr edib.

Qeyd edək ki, İngiltərədə gündə 1 dəfə küçəyə çıxmaq mümkündür. Ancaq qonşularla ünsiyyət qadağandır.

Xatırladaq ki, bu, Uokerin bir neçə gün ərzində ikinci dəfə karantin qaydasını pozmasıdır. Bundan əvvəl o, iki fahişə ilə evində seks parti təşkil etmişdi.


Son xəbərlər