David Silvaya İspaniyadan təklif

David Silvaya İspaniyadan təklif
DÜNYA FUTBOLU 7 Aprel 2020 / 01:40 2926
-  A +

“Mançester Siti”nin ispaniyalı futbolçusu David Silva karyerasını vətənində davam etdirə bilər.

Qol.az "Daily Star"a istinadən xəbər verir ki, bir müddətdir yarımmüdafiəçini izləyən  “Betis”  ona müqavilə təklif edib.

34 yaşlı futbolçusu yayda azad agent statusu alacaq. Bu isə o deməkdir ki, "Betis" Silvanı transfer haqqı ödəmədən heyətinə qata bilər.

Qeyd edək ki, 2010-cu ildə “Valensiya”dan "şəhərlilər"ə keçən David Silva bu məvsüm Premyer Liqada 19 oyuna 3 qol vurub, 7 məhsuldar ötürmə edib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord