Premyer Liqada daha bir baş məşqçinin maaşı azaldıldı

Premyer Liqada daha bir baş məşqçinin maaşı azaldıldı
DÜNYA FUTBOLU 7 Aprel 2020 / 00:45 1614
-  A +

“Vest Hem”in baş məşqçisi Devid Moyesin aylıq məvacibi azaldılıb.

Qol.az xəbər verir ki, bunu 56 yaşlı mütəxəssis özü istəyib. Şotlandiyalı mütəxəssis bununla koronavirus pandemiyasına görə ciddi maliyyə problemləri ilə üzləşən klubuna yardım etməyə çalışıb.

Qeyd edək ki, Moyes Premyer Liqada maaşının azaldılmasına razılıq verən üçüncü baş məşqçidir. Buna qədər “Bornmut”un baş məşqçisi Eddi Hau və “Brayton”un çalışdırıcısı Qraham Potter də oxşar addımı atmışdı.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı