Niderlandda klublar üçün pul yığılır

Niderlandda klublar üçün pul yığılır
XƏBƏR 6 Aprel 2020 / 20:28 1326
-  A +

Niderland Futbol Federasiyası koronavirus səbəbindən maliyyə problemi yaşayan klublara dəstək olmaq üçün yardım fondu yaradıb.

Qol.az xəbər verir ki, bu barədə federasiyanın saytı məlumat yayıb. Bildirilib ki, liqalar oynanılmadığı üçün klublar iqtisadi cəhətdən çətin duruma düşüblər. Buna görə yaradılan fonda  milli komandanın üzvləri və liqa sponsorları ümumilikdə 11 milyon avro ianə ediblər.

Yığılan məbləğin ehtiyacı olan peşəkar və həvəskar klublar arasında bölüşdürüləcəyi bildirilib.


Son xəbərlər