"Bavariya" da məşqlərə başladı

"Bavariya" da məşqlərə başladı
DÜNYA FUTBOLU 6 Aprel 2020 / 17:20 1676
-  A +

Almaniya Bundesliqasının daha bir klubu koronavirus pandemiyası ilə əlaqədar yaranan fasilədən sonra məşqləri bərpa edib.

Qol.az xəbər verir ki, “Bavariya"nın futbolçuları klubun bazasında bir araya gəliblər.

Münhen təmsilçisinin üzvləri 3-4 nəfərlik qruplar şəklində məşq keçib. Oyunçular təmrinləri yerinə yetirərkən bir-biri ilə ara məsafəsi saxlayıblar.

Qeyd edək ki, daha öncə “Şalke” meydançada məşqlərə başlamışdı.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord