Serb futbolçuya 3 aylıq ev dustaqlığı verildi

Serb futbolçuya 3 aylıq ev dustaqlığı verildi
XƏBƏR 6 Aprel 2020 / 13:00 1423
-  A +

Komendant saatını pozduğu üçün saxlanılan serbiyalı futbolçu Aleksandar Priyoviçin cəzası məlum olub.

Qol.az Serbiya mətbuatına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl İttihad” klubunun hücumçusuna 3 aylıq ev dustaqlığı verilib. Videogörüntü ilə keçirilən məhkəmə iclasında Priyoviç günahını etiraf edib.

Xatırladaq ki, Serbiya millisinin üzvü yerli vaxtla 17:00-dan sonra Belqraddakı otellərdən birindəki restoranda beş nəfərlə spirtli içki qəbul edib və onları polis saxlayıb.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki