Koronavirusa yoluxdu, intihar etdi

Koronavirusa yoluxdu, intihar etdi
XƏBƏR 6 Aprel 2020 / 00:27 3636
-  A +

Fransanın “Reyms” klubunun həkimi Bernard Qonzales intihar edib.
 
Qol.az "Le Parisien"ə istinadən xəbər verir ki, 60 yaşlı həkim koronavirus testinin nəticəsi müsbət çıxdıqdan sonra intihar etməyə qərar verib.
 
B.Qonzalesin intihar etməzdən əvvəl məktub yazdığı bildirilib. Ancaq məktubun məzmunu ictimaiyyətə açıqlanmayıb.

Qeyd edək ki, B.Qonzales və həyat yoldaşı ilə birgə evində karantinə alınmışdı. O,  "Reyms"in 20 illik həkimi idi.


Son xəbərlər