Premyer Liqa 1 milyarddan çox pul itirir

Premyer Liqa 1 milyarddan çox pul itirir
XƏBƏR 5 Aprel 2020 / 11:34 1430
-  A +

Koronavirus pandemiyasına görə İngiltərə Premyer Liqası davam etdirilməsə, klublar 1,137 milyard funt itirəcək.

Qol.az “The Telegraph”a istinadən xəbər verir ki, artıq bu barədə bütün futbolçular məlumatlandırılıb. Təkcə teleyayımdan itirilən məbləğ 762 milyon təşkil edəcək. Bununla bağlı  Premyer Liqanın nümayəndəsi klub rəsmiləri ilə keçirilən videokonfrans zamanı məlumat verib.

Klublara təklif olunub ki, futbolçuların maaşı azı 30 faiz həcmində azaldılsın. Bu halda büdcəyə 570 milyon avro qanaət edilmiş olacaq. Məlumata görə, futbolçular bu təklifə baxmağa hazırdırlar.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı