Maradonadan klubuna jest

Maradonadan klubuna jest
XƏBƏR 5 Aprel 2020 / 01:40 2320
-  A +

Argentinalı futbol əfsanəsi Dieqo Maradona nümunəvi jesti ilə diqqət mərkəzinə düşüb.

Qol.az xəbər verir ki, ölkəsində “Ximnasiya” klubunu çalışdıran mütəxəssis koronavirus pandemiyasına görə yaranan böhranla əlaqədar maaşının azaldılmasını istəyib.
 
Bunu yerli mətbuata açıqlamasında klub prezidenti Qabriel Pelleqrino deyib. O, Maradona ilə mövcud vəziyyəti müzakirə etdiklərini, baş məşqçinin ondan maaşının kəsilməsini istədiyini söyləyib.
 
Klub rəhbəri Maradonanın müqavilə müddətinin avqust ayında başa çatacağını, lakin buna əhəmiyyət vermədiklərini və məşqçi ilə yollarını davam etdirəcəklərini də əlavə edib.
 
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Argentinada martın 17-dən etibarən bütün futbol yarışları təxirə salınıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord