Şarapova telefon nömrəsini yaydı – “Mənə mesaj yazın”

Şarapova telefon nömrəsini yaydı – “Mənə mesaj yazın”
XƏBƏR 4 Aprel 2020 / 14:04 8220
-  A +

Karyerasını başa vuran rusiyalı tennisçi Mariya Şarapova gözlənilməz addım atıb.

Qol.az xəbər verir ki, o, özünün rəsmi İnstaqram səhifəsində telefon nömrəsini yazaraq izləyicilərini ona mesaj yazmağa çağırıb:

“Ötən həftə 150 izləyicimlə əla videokonfrans etdik. Biz söhbəti başa vursaq da, ünsiyyəti davam etdirmək istəyirdim. Hamımız indi eyni vəziyyətə düşmüşük (koronavirus dövründəki özünütəcridi nəzərdə tutur – red.). Mən yeni nömrə almışam. Onu sizin üçün burada yazıram. Mənə yazın! 310-564-7981. Bu, əsl həqiqətdir. Mənə danışın görüm, necəsiniz, sual verin və yaxud sadəcə salam yazın”.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı