FİFA yaş limitini artırır

FİFA yaş limitini artırır
XƏBƏR 4 Aprel 2020 / 13:37 1910
-  A +

FIFA Beynəlxalq Olimpiya Komitəsinə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında çıxış edə biləcək oyunçuların yaş həddini artırmağı təklif edib.

“The Guardian” xəbər verir ki, təklifə əsasən, yeni yaş həddi 24 olacaq. Bildirilib ki, dəyişikliyə səbəb Tokio olimpiadasının 2021-ci ildə keçirilməsi ilə əlaqədardır.

Qeyd edək ki, əvvəlki qaydalara əsasən, olimpiadada heyətə 23 yaşdan yuxarı olmayan futbolçular və yaş həddini aşan 3 oyunçu daxil edilə bilər.

“Tokio-2020”də 16 komanda iştirak edəcək, hazırda 14 iştirakçı məlumdur. Yaponiya, Fransa, Almaniya, Rumıniya, İspaniya, Yeni Zelandiya, Misir, Kot d'İvuar, Cənubi Afrika, Avstraliya, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Argentina və Braziliya vəsiqəni təmin edib.

Şimali və Mərkəzi Amerika Futbol Konfederasiyası (CONCACAF) və Karib dənizi hövzəsindən hərəyə bir iştirakçı qatılacaq. Yay Olimpiya Oyunları 2021-ci il 23 iyul – 8 avqust tarixlərində olacaq.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı