"Mançester Yunayted" futbolçuların maaşını azaldır

"Mançester Yunayted" futbolçuların maaşını azaldır
XƏBƏR 3 Aprel 2020 / 21:17 1546
-  A +

"Mançester Yunayted"in futbolçuları maaşlarının 30 faiz azaldılmasına razılıq verib.

Qol.az "The Sun"a istinadən xəbər verir ki, klubun kapitanı Karri Maquayr icraçı direktor Ed Vudvordla maaşların azaldılması ideyasını müzakirə edib. Bildirilib ki, müdafiəçi bu ideya ilə razılaşıb. O, bir aylıq əmək haqqlarının 30 faizinin koronavirusdan mübarizə üçün xəstəxanalara verilməsini istəyib. Komandanın digər oyunçularının da Maquayrın bu təklifi ilə razılaşdığı vurğulanıb.

Bununla bağlı yaxın günlərdə rəsmən elan ediləcəyi qeyd olunub.

Beləliklə, "Mançester Yunayted" koronavirusa görə maaş azaltmış ilk klub olacaq.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı