İngiltərə Premyer Liqası ilə bağlı yeni qərar - Rəsmi

İngiltərə Premyer Liqası ilə bağlı yeni qərar - Rəsmi
XƏBƏR 3 Aprel 2020 / 18:58 5009
-  A +

İngiltərə Premyer Liqası rəhbərliyi koronavirus səbəbindən təxirə salınan çempionatın nə zaman bərpa olunacağı ilə bağlı bəyanat yayıb.

Qol.az liqanın saytına istinadən xəbər verir ki, Premyer Liqanın mayın əvvəli bərpa olunmayacağı bildirilib. Qeyd olunub ki, hazırda əsas prioritet yarış iştirakçılarının və azarkeşlərin sağlamlığlıdır.

Bu səbəbdən çempionatın sağlamlıq üçün təhlükəsiz şəraitdə yenidən başlanacağı vurğulanıb.  Qarşılaşmaların yeni tarixinə dair qərar bütün maraqlı tərəflər, eləcə də İngiltərə hökuməti ilə məsləhətləşdikdən sonra veriləcəyi bildirilib.

Qeyd edək ki, bundan əvvəl Premyer Liqanın aprelin 30-dan tez başlamayacağı açıqlanmışdı.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki