"Futbolçu 1 il də maaşsız yaşaya bilər"

"Futbolçu 1 il də maaşsız yaşaya bilər"
DÜNYA FUTBOLU 2 Aprel 2020 / 22:00 2819
-  A +

"Boka Xuniors"un oyunçusu Karlos Tevez koronavirus pandemiyasının futbolçuların maddi durumuna tez bir zamanda təsir etməyəcəyini düşünür.

Qol.az xəbər verir ki, Argentina millisinin sabiq üzvü “America TV”yə açıqlamasında futbolçuların bu durumda bəzi çətin vəziyyətdə olan insanlar kimi ümidsiz olmadığını bildirib:

“Futbolçu maaş almadan 6 ay və ya 1 il  də yaşaya bilər. Ailəsini qidalandırmaq üçün səhər saat 6-da evdən çıxıb, axşam 7-də qayıdan insanların işi çətindir. Biz onlar kimi ümidsiz deyilik.
Belə vəziyyətdə biz misal göstərilməməliyik. Biz kömək etməliyik. Mənim kimi evdə uşaqlarının qidası olanlara asandır. Evdən çıxa bilməyən çarəsiz insanlar üçün narahatam”.

Qeyd edək ki, 36 yaşlı hücumçu “Mançester Yunayted”, “Mançester Siti” və “Yuventus” kimi klublarda da çıxış edib.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı