A Seriyasında mövsüm nə vaxt bərpa olunacaq? - Açıqlama

A Seriyasında mövsüm nə vaxt bərpa olunacaq? - Açıqlama
XƏBƏR 2 Aprel 2020 / 15:29 2153
-  A +

İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravin A Seriyasında mövsümün taleyi ilə bağlı açıqlama verib

Qol.az xəbər verir ki, o,  "TMW Radio"ya açıqlamasında mövsümü tamamlamağın əsas prioritet olduğunu deyib. Qurum rəhbəri bildirib ki, mayın 20-də və ya iyunun əvvəlində oyunları keçirmək və  iyulun sonuna qədər mövsümü başa vurmaq istəyirlər:

"Avqust və sentyabr variantları da müzakirə olunacaq. Biz növbəti mövsümlə bağlı risk etmək istəmirik.  Neytral ərazidə oynamaq ən yaxşı qərar deyil. Amma bu seçimi də nəzərdən keçiririk. 4-5 variant hazırlamağa çalışırıq. Mövsümü ləğv etmək çox çətin olacaq.  İnanıram ki, hətta “Yuventus” da bu qərara qarşı çıxardı".

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı